2004–2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun dissertantı olmuş, 2009-cu ilin oktyabr ayında "Etno–siyasi münaqişələrin mənəvi aspektləri" mövzusvunda dissertasiya müdafiə etmiş və və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2002-ci ildə "Qafqazda etno-siyasi münaqişələr və onların dövlət müstəqilliyinə təsiri" adlı kitabı ingilis dilində, 2008-ci ildə "Sülh fəlsəfəsi" adlı elmi-publisistik kitabı və 2013-cü ildə "Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli" adlı kitabı Azərbaycan dilində çap olunub. 2014–2017-ci illərdə "Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli" adlı kitabı türk, qazax, qırğız, rus, boşnak və macar dillərinə tərcümə olunaraq həmin ölkələrdə nəşr olunmuşdur.[1]
2017-ci ildə Türk Dünyası adlı 5-cildlik toplu nəşr edilmişdir.
"Türk dünyasının təməl dəyərləri"; "Türk xalqları"; "Türk dövlətçiliyi tarixi"; "Türkşünaslıq"; "Türk dünyasının tarixi şəxsiyyətləri". 2015-ci ildə Fransa tarixçisi Jorj dö Mallevilin "1915-ci il erməni faciəsi" adlı kitabını Azərbaycan dilinə tərcümə edərək nəşr etdirmişdir. 2016-cı ildə Fransa yazıçısı, Nobel mükafatı laureatı Patrik Modianonun "Məhəllədə azmamaq üçün" adlı romanını Azərbaycan dilinə tərcümə etmişdir. 2018-ci ildə Fransa yazıçısı Jan Kristof Rufenin "Böyük Kör" romanını Azərbaycan dilinə tərcümə etmişdir.
60-dan çox elmi məqaləsi Azərbaycan, Türkiyə, ABŞ, Qazaxıstan, Ukrayna və Rusiyanın müxtəlif elmi nəşrlərində dərc olunmuşdur. Dövri mətbuatda ictimai-siyasi və tarixi-fəlsəfi mövzularda 300-dən çox məqalənin müəllifidir. Azərbaycan, türk, rus, fransız və ingilis dillərini bilir.